Azərbaycanın tikinti brendinə çevrilən AAAF Park Yaşayış Kompleksində fəaliyyət göstərən “Tuado otellər şəbəkəsi” dünya standartlarını öz işində tətbiq edir. Buradakı sərfəli qiymət, rahatlıq, yüksək xidmət və şərait, hər müştəriyə fərdi yanaşma, retro ilə müasir üslubun sintezi hər kəsin zövqünü oxşayacaq. Geniş ölçülü, ailəvi istirahət üçün ideal olan bu otaqlar tamamilə taxtadan hazırlanıb, bu
yolla təbiətə, daha sağlam ab-havaya keçid təmin edilib. Təmizlik, səliqə-səhman, fasiləsiz xidmətlə önə çıxan personal öz gülərüzlülük və səmimi münasibəti ilə sizi razı salacaqdır. Aktiv istirahət və sağlam həyat tərzi tərəfdarı olanlar üçün cəmi bir neçə addım uzaqlıqda yerləşən fitness və spa mərkəzi, cüdo, gimnastika, ağır atletika zalları, futbol və tennis meydançalardan istifadə edib yaşadıqlarından razı qalacaqlar. Avropa, Şərq və yerli mətbəxin ən ləziz yeməklərini dadmaq, yüksək ixtisaslı aşpazların hazırladığı, təmiz, halal qida qəbul etmək istəyiniz də boş qalmayacaq. Ailənizin, xüsusilə də uşaqlarınızın böyük sevincinə səbəb olacaq attraksionlar, əyləncə mərkəzləri xüsusi qeyd olunmalıdır. “Nağıllar aləmi”nin mərkəzində yerləşən “Tuado”, ailənizin balaca üzvlərinə inanılmaz anlar yaşadacaq, həyatlarının ən xoş günlərini bəxş edəcəkdir. Buz meydançası, kartinq, 7D Cinema, oyun aparatları başqa əyləncə növləri uşaqlarınızın sevincini yüksəklərə qaldıracaqdır. Onlar oynadığı vaxt siz alış-veriş edərək, brend markalarının geyimlərini qarderobunuza daxil edə bilərsiniz.
Şəhərdən cəmi 7-8 dəqiqə maşın yolundan uzaqlıqda yerləşməsi “Tuado”nun əlavə üstünlüklərindəndir. Bu, həm ehtiyac olduqda paytaxta baş çəkmək, eyni zamanda meqapolisin səs-küyündən, ağır ab-havasından uzaq olmaq imkanının olması deməkdir. Qiymətlərimiz də sərfəlidir. Üstəlik, kotteclər və oteldə ödənişə səhər yeməyi də daxildir.
Ünvan: Xırdalan ş., Heydər Əliyev pr. 167, AAAF Park Yaşarış Kompleksi
Ətraflı məlumat üçün *6464, (012) 310 0 410